BAKI, 17 avqust — Sputnik. Qazaxıstanın Uralsk şəhərində unikal hadisə baş verib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, 29 yaşlı Liliya Konovalova iki ay fərqlə iki uşaq dünyaya gətirib.
"Liliyanın qızı 25-ci həftədə doğulub, iki ay sonra isə oğlunu dünyaya gətirib", - ölkənin Səhiyyə Nazirliyinin Facebook səhifəsində yayılmış məlumatda deyilir.
Qurumdan bildiriblər ki, bu qeyri-adi hadisə qadın orqanizminin anatomik xüsusiyyəti ilə, yəni ikiqat uşaqlıqla bağlıdır.
"Statistikaya görə, belə hallarda uşağın diri doğulma şansı 50 milyonda bir olur. Ancaq həkimlərin peşəkarlığı sayəsində ana və körpələrinin vəziyyəti normaldır", - nazirlikdən bildiriblər.
25 həftəliyində doğulan qızın dünyaya gələrkən çəkisi 870 q, boyu 42 sm, oğlanın isə çəkisi 2.9 kq, boyu 50 olub.