BAKI, 17 avqust — Sputnik. Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb. 15 dəqiqədən sonra qatar geri qayıdıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.
Sərnişinlər qatardan təxliyə olunublar. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.