ABŞ və İngiltərəyə tarixi dərs verdik – İran generalı

Tehran dronun İranın hava məkanını pozduğunu deyib
Sputnik

BAKI, 17 avqust — Sputnik. İran Birləşmiş Ştatlara aid uçan pilotsuz aparatı vurmaqla və Böyük Britaniya gəmisini saxlamaqla bu ölkələrə tarixi bir dərs verib. Sputnik Türkiyə xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin İkinci generalı Əli Fədəvi bəyan edib.

"Heç kim İranın ABŞ-a aid uçan pilotsuz aparatı vura biləcək və Britaniya gəmisini saxlaya biləcək gücə malik olduğunu xəyal belə edə bilmirdi. Ancaq İran düşmənə bir daha silahlı qüvvələrimizin hazırlıq səviyyəsini sınamaması üçün tarixi bir dərs verdi.

İran "gözəl"i ara vurur - ABŞ Böyük Britaniyanın ayağını tapdaladı
 Düşmənlər uzun illərdir İranın müdafiə gücünü qəbul edir və bu səviyyəyə çatmağı arzulayırdılar", - deyə Əli Fədəvi bildirib.

Xatırladaq ki, iyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib. Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib.

Tehran dronun İranın hava məkanını pozduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

Dron insidentindən bir həftə əvvəl isə Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri bəlli olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb. İran qəti şəkildə bu ittihamları təkzib edir.