CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi sakinlərə şad xəbər var

Son tamamlanma işləri aparılan bir sıra yaşayış məntəqələri çox yaxın zamanlarda təbii qazla təmin olunacaq
Sputnik

BAKI, 16 avqust — Sputnik. Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivləri açılışa tam hazırdır. Son tamamlanma işləri aparılan aşağıda adları qeyd edilən məntəqələr çox yaxın zamanda qazla təmin olunacaq. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı fərmanından irəli gələrək həyata keçirilir.