CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dənizi üzərində itən "MiQ-29" təyyarəsi barədə yeni xəbər

Radardan itmiş təyyarənin pilotunun tapılması üçün Xəzər dənizində axtarış tədbirləri həyata keçirilir
Sputnik

BAKI, 16 avqust — Sputnik. Türkiyə hərbi dəniz qüvvələrinin mütəxəssisləri Azərbaycanın Xəzər dənizinə düşmüş "MiQ-29" döyüş təyyarəsinin yeni fraqmentlərini tapıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi "Twitter" paylaşımında bəyan edib.

Nazirlik qeyd edib ki, pilotun və təyyarənin "qara qutu"sunun axtarışları davam edir.

Bir müddət öncə, Azərbaycanın Müdafiə Nazirliyi "MiQ-29" döyüş təyyarəsinin təlim-məşq uçuşu zamanı radarlardan itdiyini bildirib. Pilotun tapılması üçün Xəzər dənizində axtarış tədbirləri həyata keçirilir. Ölkənin Hərbi Prokurorluğu insidentlə bağlı cinayət işi açıb.