BAKI, 15 avqust — Sputnik. Suriyanın şimal-qərbində Xan-Şeyxun şəhəri yaxınlığında suriyalı üsyançılar ölkə prezidenti Bəşər Əsədə sadiq qüvvələrə məxsus təyyarəni vurublar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Suriyada İnsan Haqlarının Qorunması üzrə Monitorinq Mərkəzinin rəsmi "Twitter" səhifəsində bildirilib.
Məlumata görə Xan-Şeyxun şəhərində "Su-22" tipli qırıcı vurulub.
Qeyd olunur ki, təyyarənin pilotu sağdır və girov götürülüb.