Mətbuat mərkəzi

Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafı nə vəd edir

"Cənubi Qafqaz" Politoloqlar Klubunun 62-ci iclasında politoloqlar beş Xəzəryanı dövlət arasında siyasi və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri barədə danışacaqlar
Sputnik

Türkmənbaşıda beş ölkənin hökumət başçılarının iştirakı ilə Birinci Xəzər İqtisadi Forumu keçirilib. Burada Xəzəryanı dövlətlərin müəyyən sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, bölgə dövlətlərinin iqtisadi qarşılıqlı fəaliyyətinin genişləndirilməsi ilə bağlı vacib qərarlar qəbul edilib.

Avqustun 16-da, saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" Politoloqlar Klubunun 62-ci iclasında politoloqlar beş Xəzəryanı dövlət arasında siyasi və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri barədə danışacaqlar.

İştirak edəcəklər:

Heydər Mirzə - Azərbaycan İctimai Televiziyasının redaksiya rəhbəri və siyasi şərhçi,

Elşad Mirbəşir oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru,

Nəzakət Məmmədova - politoloq,

Zaur Məmmədov - politoloq, Bakı politoloqlar klubunun rəhbəri,

Anastasiya Lavrina - "Avrasiya" Beynəlxalq Mətbuat Fondunun prezidentinin köməkçisi,

Fərhad İbrahimov - Y.Primakov adına Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun postsovet tədqiqatlar mərkəzinin aspirantı.

Moderator politoloq İlqar Vəlizadədir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).