CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məktəbə getmək ümidi ilə": "Sputnik Azərbaycan"ın aksiyasının birinci hissəsi başa çatıb

Xeyirxah insanlar sayəsində altı yaşlı Fəridəyə bütün lazımi məktəb ləvazimatları alınıb
Sputnik

BAKI, 15 avqust — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu avqustun əvvəllərində "Məktəbə getmək ümidi ilə" sosial aksiyasını başladıb. Bu layihə çərçivəsində aztəminatlı ailələrin uşaqlarını bütün zəruri məktəb ləvazimatları ilə təmin etmək planlaşdırılıb. Layihədə uşaqlarına məktəb ləvazimatları almaq imkanı olmayan iki ailə iştirak edib.

Bunlardan biri iki uşağı – altı yaşılı qızı Fəridəni və iki yaşlı oğlu Yusifi tərbiyə edən tənha ana Səfurə Məmmədovanın ailəsidir.

Məktəbə getmək ümidi ilə: Uşaqlar həyatdan zövq almalıdırlar

"Sputnik Azərbaycan"ın aksiyası qayğıkeş insanlar arasında reaksiya doğurdu, bir çoxları hər cür kömək etmək istədiklərini bildirdilər.

Adlarının çəkilməsini istəməyən xeyirxah insanlar sayəsində bu il birinci sinfə gedəcək Fəridənin artıq məktəb çantası, dəftərləri, qələmləri, rəngli karandaşları, plastilini, rəsm lövhəsi və bir çox digər məktəbli ləvazimatları var.

Bu gün balaca Fəridə səbirsizliklə məktəbdə dərslərin başlanmasını gözləyir. O, təhsil almaq və gələcəkdə həkim olmaq istəyir ki, xəstə uşaqları müalicə eləsin.

Sputnik Azərbaycan aksiyada iştirak edən uşaqları sevindirməyə və onların parlaq gələcəyə ümid bəsləməsinə kömək edən hər kəsə minnətdarlığını bildirir.

Məktəbə getmək ümidi ilə - Sputnik Azərbaycan-ın yeni sosial aksiyası

Sputnik Azərbaycan 2015-ci ilin may ayından ölkəmizdə fəaliyyətə başlayıb. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-5-liyinə (LiveInternet-in 27 dekabr 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.