CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda vəzifəli şəxs intihar edib

Feyzullayev Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb
Sputnik

BAKI, 15 avqust — Sputnik. Qax rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

1980-cı il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qəsd etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, M.Feyzullayev Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.