CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alim Xəzərin səviyyəsindən danışdı: dəniz bizi tərk edir

Xəzərdə ekstremal vəziyyət 70-90-cı illərdə olub və onda dəyən zərər 2,5 milyard dollar dəyərində qiymətləndirilib
Sputnik

BAKI, 14 avqust — Sputnik. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi fəlakət kimi qiymətləndirilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

Xəzərlə bağlı yeni maraqlı təklif səsləndirildi

"Xəzər dənizində suyun səviyyəsinin bir metrdən çox aşağı düşməsi fəlakət deyil, bu, ekstremal vəziyyət hesab olunmur", - deyə alim bildirib.

Hazırda Xəzərdə suyun səviyyəsinin aşağı düşdüyü müşahidə edilir. Məmmədovun fikrincə, buna baxmayaraq, ola bilsin ki, zamanla suyun səviyyəsi yüksəlsin.

"Ola bilsin, bir müddət sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Xəzər dənizində dəyişikliklər dövri xarakter daşıyır", - alim deyib.

Xəzəri hasarlamaq hər adamın işi deyil - Reportaj>>

Onun sözlərinə görə, 1978-ci ildən 1995-ci ilədək olan dövrdə dənizdə suyun səviyyəsi 2,5 metrədək yüksəlib və bu, Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə ziyan vurub. Bu ziyan 2,5 milyard dollar dəyərində qiymətləndirilib.

"Bu, ekstremal vəziyyət idi. Hazırda isə bu həddə ziyan müşahidə edilmir", - deyə Məmmədov əlavə edib.