BAKI, 14 avqust — Sputnik. Birləşmiş Ştatlar və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin ABŞ-ın Rusiyadakı səfiri Conatan Hantsmanın istefasını müzakirə edib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bildirib ki, Tramp Putini səfirin istefası barədə məlumatlandırıb.
Tramp eyni zamanda səfir postuna yeni namizəd barədə Putini məlumatlandıracağına söz verib.
Peskov əlavə edib ki, Hantsmanın ABŞ-ın Rusiyadakı səfiri işlədiyi vaxt iki ölkə arasında ikitərəfli münasibətlərin çətin vaxtına düşüb.