BAKI, 14 avqust — Sputnik. "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynovanın sevgilisi Bali adasında istirahət zamanı ona ad günü sürprizi edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, model artıq bir neçə gündür ki, İndoneziyada dincəlir və hər gün öz fotoşəkillərini "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşır.
O, istirahətə şəxsiyyətini hər kəsdən gizli saxladığı və birgə şəkillərini belə paylaşmadığı sevgilisi ilə gedib. Ad günündə sevgilisi Hüseynovaya okeanın sahilində romantik şam yeməyi təşkil edib.
Səmra Hüseynova artıq 10 ildir model biznesindədir. Bir sıra beynəlxalq və yerli səviyyəli moda layihələrində, dünyaca məşhur dizaynerlərin dünya nümayişlərində iştirak edib. Uzun müddət xaricdə işləyən Hüseynova 2019-cu ildə "Miss Azərbaycan" titulunun sahibi olub.