CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək
Sputnik

BAKI, 14 avqust — Sputnik. Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Məhərrəm ayının 10-cu günü isə, yəni Aşura, sentyabrın 10-a təsadüf edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı oktyabrın 29-da başa çatır.