Cavad Zərif müharibədən danışdı, Trampın müşavirləri gerçəyi görsəydilər...

Əgər Donald Trampın ətrafında yaxşı müşavirləri olsaydı, bu gerçəyi görə bilərdi
Sputnik

BAKI, 14 avqust — Sputnik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri bölgədə gərginliyə səbəb olurlar. Sputnik Türkiyə xəbər verir ki, bunu Zərif jurnalistlərə açıqlamasında bildirib.

Sanksiyalarla üzləşən İran büdcə ilə bağlı vacib qərar verdi

ABŞ-ın İrana qarşı təhrikedici siyasət yürütdüyünü vurğulayan İran Xarici İşlər naziri qeyd edib: "Birləşmiş Ştatlar İranın müdafiə proqramına qırmızı xətt çəkə biləcək səlahiyyətə malik deyil. Açıq və dəqiq olan bir şey varsa, o da İranın müharibə axtarışında olmamasıdır. Biz öz xalqımızın rifahını və inkişafını istəyirik".

İranın Birləşmiş Ştatlar olmadan belə nüvə anlaşmasına davam edə biləcəyini söyləyən Zərif razılaşmanın digər tərəflərinin də götürdükləri öhdəliklərə sadiq qalmalarının vacibliyini vurğulayıb: "Nüvə razılaşması indiyə qədər əldə olunmuş ən yaxşı razılaşmadır. Buna rəğmən, hər kəs üçün faydalı və yaxşı ola biləcək razılaşma əldə edə bilməzsiniz. Əgər Donald Trampın ətrafında yaxşı müşavirləri olsaydı, bu gerçəyi görə bilərdi".