Tramp ağzından qaçırdı, Pentaqon susdu

"Avqustun 8-də reaktiv mayeli mühərrik qurğusunun sınağı zamanı baş verən fövqəladə vəziyyətdən ABŞ özünə dərs götürür"
Sputnik

BAKI, 13 avqust — Sputnik. Donald Trampın ABŞ-ın da Rusiyanın nüvə başlıqlı raketləri ilə analoji texnologiyaya malik olduğu haqda bəyanatına Pentaqon rəhbərinin müavini Maykl Qriffin şərh verməkdən imtina edib. 

Bu günlərdə Tramp bildirmişdi ki, avqustun 8-də  reaktiv mayeli mühərrik qurğusunun sınağı zamanı baş verən fövqəladə vəziyyətdən ABŞ özünə dərs götürür, üstəlik, onun ölkəsi də analoji, ancaq daha mükəmməl texnologiyaya sahibdir. 

"Kimdən danışırsınız?" - Tramp Zelenskinin kim olduğunu unutdu

Sputnik Azərbaycan bildirir ki, bu gün Hadson Universitetində RİA-Novosti-nin "Trampın sözləri ABŞ-ın öz nüvə silahını təkmilləşdirməsi anlamına gəlirmi?" sualına  Qriffin:  "Bu barədə heç nə deyə bilmərəm", - cavabını verib.

Rusiyadakı hadisə ilə bağlı New York Times Amerika kəşfiyyatındakı mənbələrinə istinadən yazmışdı ki, mümkündür ki, partlayan NATO-nun SSC-X-9 Skyfall sinfinə daxil raket olub (məhdudiyyətsiz mənzilli nüvə enerjisi qurğulu 9М730 "Burevestnik" raketi).

Avqustun 8-də Rusiyanın Arxangelsk vilayətində, Müdafiə Nazirliyinin poliqonunda  maye reaktivli mühərrik qurğusunun sınaqları zamanı partlayış və yanğın baş verib. "Rosatom" hadisə nəticəsində özünün ən yaxşı beş əməkdaşının həlak olduğunu açıqlayıb. Daha üç mütəxəssis isə xəsarət alıb. Bu səkkiz əməkdaş (beşi ölümündən sonra) Cəsarət ordeni ilə təltif olunub.