BAKI, 13 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı RİA-Novosti yayıb. Agentlik bildirir ki, bu barədə fərman Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.
Məlumatda deyilir ki, Rusiya prezidentinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.