CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıqabulda maşınlar toqquşdu, yaralılar var

Dörd nəfər yaralanıb
Sputnik

BAKI, 13 avqust — Sputnik. Hacıqabulda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.