Cenifer Lopesin nişanlısını "quru yurdda" qoydular

Oğurlanan əşyalar yarım milyon dollar dəyərində qiymətləndirilir
Sputnik

BAKI, 13 avqust — Sputnik. Pop-müğənni Cenifer Lopesin nişanlısı Aleks Rodrigesi San-Fransiskoda qarət ediblər. Deyilənə görə, oğurlanan elektron cihazların və zinət əşyalarının dəyəri 500 min dollar olub.

Cenifer Lopez "Tanrının şəhəri"ni ziyarət etdi

Sputnik Azərbaycan bildirir ki, məlumatı San Francisco Chronicle qəzeti yayıb.

Qəzetin məlumatına görə, hadisə bazar gecəsi baş verəb. Polisdən bildiriblər ki, oğru fotoaparat, noutbuk, müxtəlif zinət əşyaları və çanta aparıb, ancaq oğurlanan əşyaların dəyərini açıqlamayıblar.

Digər mənbələr isə qəzetə yarım milyon dollarlıq əşyaların məhz Rodrigesin maşınından oğurlandığını deyiblər. Qəzetin dərc etdiyi fotoda qara rəngli maşının şüşəsinin sınıq olduğu görünür.

Əldə edilən digər məlumata görə, ESPN telekanalı Rodriges və şirkət əməkdaşları üçün yolsuzluq avtomobili kirayələyib. Rodriges və əməkdaşlar restoranda şam edən zaman maşına hücum olub.

"Bir neçə şəxsi xarakterli və əvəzsiz, sentimental dəyərə malik əşyanın oğurlandığına görə qanım qaralıb", - Rodriges People jurnalına deyib.

Rodrigesin nümayəndəsi isə öz nəvbəsində oğurlanan əşyaların "maddi dəyərinin həddən artıq şişirdildiyini" bildirib.

Cenifer Lopez türk yeməklərini o qədər bəyənib ki...>>

Aleks Rodriges (1975) keçmiş peşəkar beysbol oyunçusudur. Peşəkar karyerasını bitirdikdən sonra idman verilişləri aparmağa başlayıb. 2017-ci ilin fevralından müğənni Cenifer Lopeslə münasibətdədir. Bu il cütlük nişanlandıqlarını açıqlayıb.