Böyük Britaniya Fars körfəzinə daha bir hərbi gəmi göndərdi

Ölkənin rəsmi nümayəndələri bildiriblər ki, Londonun İrana münasibətdə siyasəti dəyişməyib
Sputnik

BAKI, 13 avqust — Sputnik. Böyük Britaniya ABŞ-ın regionda təhlükəsizlik missiyası çərçivəsində bazar ertəsi Fars körfəzinə özünün HMS Kent hərbi gəmisini göndərib.

Sputnik bildirir ki,  Kral donanması İranla siyasi gərginliyin artması fonunda Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyinin qorunmasında ABŞ Hərbi Dəniz Qüvvələri ilə birgə fəaliyyət göstərəcək.

NATO: Bizi Hörmüzə çağıran olmayıb

"Fars körfəzində bizim diqqətimiz əvvəlkitək gərginliyin deeskalasiyasına cəmlənib. Ancaq biz azad dənizçiliyin və beynəlxalq dənizçilik normalarının təmin olunmasının tərəfdarıyıq və əməliyyatlar da buna hesablanıb", - deyə gəminin komandiri Endi Braun bildirib.

"Kent" boğazda işləyən digər Britaniya gəmisi "Dunkan"ı əvəz edəcək.

Avqustun 5-də Böyük Britaniya Amerikanın tankerləri müşayiət etmə missiyası ilə müqavilə imzalayıb. Lakin bu ölkənin rəsmi nümayəndələri bildiriblər ki, Londonun İrana münasibətdə siyasəti dəyişməyib və Vaşinqtonun Tehrana qarşı sanksiyalarına qoşulmayacaq.