CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kişi işlədiyi şirkəti soydu

Təkcə içkinin qiyməti 13 min manat edir
Sputnik

BAKI, 13 avqust — Sputnik. Bakıda şirkət rəhbəri işçidən polisə şikayət edib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Nərimanov rayonunda yerləşən “AzFruit” şirkətinin rəhbəri S.Məlikov şikayətində bildirib ki, bu qurumun əməkdaşı R.Hüseynov şirkətin anbarından 3 ədəd soyuducu və 13 min manatlıq spirtli içki oğurlayıb.

Şikayətlə bağlı araşdırma aparılır.