Qonşu ölkənin aparıcı telekanalı satışa çıxarıldı

Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb
Sputnik

BAKI, 12 avqust - Sputnik. Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb.