RUSİYA

Rusiya, Azərbaycan və İran prezidentlərinin Soçi görüşü təxirə salınıb - Kreml

Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib
Sputnik

BAKI, 12 avqust - Sputnik. Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə təxirə salınıb”, - deyə o əlavə edib.