Tanınmış məşqçi əməliyyat olundu

Cərrahi müdaxilənin uğurlu keçdiyi bildirilir
Sputnik

BAKI, 12 avqust - Sputnik. Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, belindəki ağrılardan əziyyət çəkən 66 yaşlı mütəxəssisin əməliyyatı Liv Hospital Beyin Cerrahisi” klinikasında gerçəkləşib.

Cərrahi müdaxilənin uğurlu keçdiyi bildirilir.