HADİSƏ

Zaqatalanı yenə zəlzələ silkələdi

Ötən gün də həmin bölgədə 4,9 ballıq zəlzələ qeydə alınıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Bu gün səhər saat 07:29-da Azərbaycanın Şimal-qərb bölgəsində zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ daha çox Zaqatala və Balakən rayonlarında hiss olunub. Sakinlərin bildirdiyinə görə, bu dəfə zəlzələnin baş vermə anı daha uzun olub.

Qeyd edək ki, ötən gün də həmin bölgədə 4,9 ballıq zəlzələ qeydə alınıb.