HADİSƏ

Hacıqabuldakı ağır qəza 10 nəfərin yaralanmasına səbəb olub

Hacıqabulda mikroavtobus minik maşını ilə toqquşub, 10 nəfər yaralanıb
Sputnik

BAKI, 11 avqust — Sputnik. Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomaşın toqquşub. Nəticədə 10 nəfərə yaxın adam xəsarət alıb. Yaralılar "təcili yardım" maşınlarının köməkliyi ilə Hacıqabul və Şirvan RMX-larına çatdırıblar.

Fakt araşdırılır.