HADİSƏ

Tovuzda gənc qız özünü körpüdən atdı

Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qızın vəziyyəti ağırdır
Sputnik

BAKI, 11 avqust — Sputnik. Bu gün Tovuzda intihara cəhd olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayonun Heydər Əliyev prospektində, Tovuz çayının üzərində yerləşən körpüdən özünü atan 2001-ci il təvəllüdlü Həsənova Kifayət Məhəmməd qızı olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən K. Həsənovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma  aparılır.