HADİSƏ

Dəhşətli qəzada ölənlərin adları məlum oldu

Qəzada ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Ötən gecə Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınan qəzada ölən və yaralananların adları məlum olub.

Bazar səhəri qana boyandı: iki avtobusla minik maşını toqquşub, xeyli yaralı var

Baş verən ağır qəzada Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həlak olublar.

Qax rayon sakinləri Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Qax RMX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, dəhşətli qəzada ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.