HADİSƏ

Qaxda 16 yaşlı qız bıçaq yaraları alıb

Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən qız hazırda müayinə olunur.
Sputnik

BAKI, 11 avqust — Sputnik. Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Müdirini bıçaqladı və həbs olundu

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aysun Mahir qızı Muradlı qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən verilən məlumatda bildirilir ki, A.Muradlı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.