CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda minik maşını "KamAZ"la toqquşdu, ölənlər var

Qəzada iki nəfər də xəsarət alıb
Sputnik

BAKI, 11 avqust — Sputnik. Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası olub.

Bazar səhəri qana boyandı: iki avtobusla minik maşını toqquşub, xeyli yaralı var

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “Mercedes” markalı minik avtomobili və “КамАZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.