BAKI, 11 avqust — Sputnik. Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər yaralanıb.
Xəsarət alanlar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.