CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə dalğalar şahə qalxdı - FAKTİKİ HAVA

Dəniz stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.8 metrə catır
Sputnik

BAKI, 11 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Bakı sakinlərinə xəbərdarlıq edildi

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin digər ərazilərində güclü külək əsir.

Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib. Dəniz stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.8 metrə catır.

Qeyd olunub ki, güclü külək axşam saatlarınadək davam edəcək.