BAKI, 11 avqust — Sputnik. Bu ilin avqustu, deyəsən, "asteroidlər ayı" olacaq. Şənbə günü, avqustun 10-da səhərə yaxın Yerin orbitinin yaxınlığından keçən 2006 QQ23 asteroidi tək deyil.
Sputnik bildirir ki, NASA ailmlərinin hesablamalarına görə, eni 150 metr olan "Apollon" sinifli asteroid planetimizə doğru 13 km/san sürətlə hərəkət edir.
"Apollon" sinfinə Yerin orbitini kəsib keçən asteroidlər daxildir. Bunların ən bariz nümayəndəsi kimi 2013-cü ilin fevralında Rusiyanın Çelyabinsk şəhərinin atmosferində partlayan göy cismini misal göstərmək olar. Həmin hadisədə mindən artıq insan əsasən zərbə dalğasından sınan pəncərə şüşələrinin qəlpələrindən xəsarət almışdı.
Yaxınlaşma dərəcəsi 0.05 və bir qədər də kiçik astronomik vahid ölçülü, diametri isə 130 m-dən artıq olan bütün asteroidlər potensial təhlükəli sayılır.
Hindistanın Aya göndərdiyi raket "yolüstü" Yerin fotoşəkillərini çəkdi>>
Daily Star bildirir ki, yaxınlaşan OU1 2019 asteroidi Gizadakı böyük piramida boydadır.
Bir neçə həftə əvvəl eyni ölçülü, "şəhər qatili" adlandırılan 2019 OK asteroidi Ayla planetimizin arasında olan məsafənin beşdə biri qədər Yerdən aralı keçmişdi. Hesab edilir ki, gec aşkar olunan nəhəng qaya parçası bütöv bir şəhəri yerlə-yeksan etməyə qadir atom bombasının gücünə malik olub.