HADİSƏ

Şimal-qərb bölgəsini zəlzələdən sonra başqa fəlakət də imtahana çəkir

Meşə yanğını artıq nəzarətə götürülüb
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 10 avqust - Sputnik. Oğuz rayonunun Calut kəndi ərazisindəki 1 saylı meşə massivi yanır.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yanğın 2 hektardan artıq sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri artıq hadisə yerindədirlər.

FHN nümayəndələrinin sözlərinə əsasən, yanğın nəzarətə götürülüb və yaxın vaxtlarda söndürüləcək.