BAKI, 9 avqust — Sputnik. Bu gün Sabunçu keçidinin yanında avtoqəza baş verib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi diaqnozu ilə Pediatriya İnstitutuna gətiriliblər.
Daha sonra xəstəxanadan təcili yardıma çağırış daxil olub və yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda həmin şəxslərin müalicələri davam edir.