CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro stansiyalarının ətrafında nəqliyyat axınına nəzarət gücləndirilib

"Gənclik", "20 Yanvar" və "Neftçilər" stansiyalarının ətrafındakı küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib
Sputnik

BAKI, 9 avqust — Sputnik. Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi ( BNA) tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər pik saatlarında metronun "Gənclik", "20 Yanvar" və "Neftçilər" stansiyalarının ətrafı kimi vacib nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.