HADİSƏ

İki uşaq atası intihar etdi

İntiharın ilkin səbəbi ailə münaqişəsi hesab olunur
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanda 31 yaşlı kişi intihar edib.

Bakıda intihar etmək istəyəni yerə endirdilər

Hadisə Şabranın Padar kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Səbuhi İsimxanov dünən axşam saatlarında həyətlərindəki mal tövləsində özünü asıb. İntiharın ilkin səbəbi ailə münaqişəsi hesab olunur.

Mərhum ailəli idi, 2 övladı qalır.

Hadisə ilə bağlı Şabran Rayon Prokrorluğunda araşdırma aparılır.