CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçilərimiz "Tank biatlonu" müsabiqəsinin yarımfinalına yüksəliblər

Komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.
Sputnik

BAKI, 9 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Hərbçilərimiz "Tank biatlonu" müsabiqəsinin yarımfinalına yüksəliblər

Püşkatmanın nəticələrinə əsasən, komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.