CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclərin elmə marağının artırılması üçün nələr edilməlidir - ekspert şərhi

Təhsil eksperti Nadir İsrafilov deyir ki, hazırda elmi fəaliyyətlə məşğul olanların böyük bir qismi yaşlı nəslin nümayəndələridir
Sputnik

Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” IX Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən bildirilib ki, əmrə əsasən, 2020-ci il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək.

Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda elmə marağın yüksək səviyyədə olduğunu iddia etmək doğru olmaz:

“Bu məsələ ilə bağlı geniş müzakirələr aparılır. Hazırda elmi fəaliyyətlə məşğul olanların böyük bir qismi yaşlı nəslin nümayəndələridir. Elmə marağın artırılması üçün əlavə stimullaşdırıcı tədbirlərə ehtiyac var. Təhsil nazirinin son əmrini də bu tədbirlərdən biri kimi qiymətləndirmək olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz