BAKI, 9 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Takvim" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, Türkiyə prezidenti oktyabrın 3-də Azərbaycana səfərə gələcək.
Ərdoğan Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak edəcək.