BAKI, 9 avqust — Sputnik. Bakıda sürücü avtomobilini restorana çırpıb. “Ali Usta” restoranından bu barədə Sputnik Azərbaycan-a məlumat verilib. Belə ki, yolun kənarında avtomobilini park etmək istəyən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yaxınlıqda fəaliyyət göstərən restorana girib. Restorandan verilən məlumatda sürücünün içkili olmadığı qeyd olunub. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.
Qeyd edək ki, hadisə Bakının Yasamal rayonunda yerləşən “Ali Usta” restoranının qarşısında qeydə alınıb.