TƏHLİL

Professor Soçi görüşündən gözləntilərini açıqladı

Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov deyir ki, qərb ölkələrinin İrana və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu iki ölkəni Azərbaycanın iqtisadi inkişafından bəhrələnməyə vadar edir
Sputnik

Bu gün “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçirilən videokörpü çərçivəsində Rusiya-Azərbaycan münasibətləri, regional layihələrin inkişaf perpektivləri və Soçi görüşündən gözləntilər müzakirə olunub.

Bakı Dövlət Universitetinin professoru, “Azərbaycanda Regional İnkişaf Mərkəzi” Fondunun rəhbəri Çingiz İsmayılov deyib ki, Azərbaycan qonşu ölkələrlə iqtisadi, siyasi əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: “Eyni zamanda, qərb ölkələrinin İrana və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu iki ölkəni Azərbaycanın iqtisadi inkişafından bəhrələnməyə vadar edir. Rusiya və İran Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar”.

Qeyd edək ki, avqustun 14-də Soçidə Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü planlaşdırılıb

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz