BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın xüsusi təyinatlıları Koy-Taş kəndinə aparan yolu bağlayıblar.
Sputnik Qırğızıstan xəbər verir ki, hadisənin videogörüntüləri "YouTube"da yerləşdirilib.
Qeyd edək ki, Koy-Taş kəndində korrupsiyada günahkar bilinən sabiq prezident Almazbek Atambayevin iqamətgahı yerləşir.
Kadrlarda forma geyinmiş silahlı adamları görmək mümkündür. Videogörüntülərin müəllifi deyir ki, milis məscidin yaxınlığına kimi gəlib.