BAKI, 8 avqust — Sputnik. Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin qiyməti 1,54 dollar bahalaşaraq 57,77 dollar, "Light" markalı neftin qiyməti isə 1,57 dollar artaraq 52,66 dollar təşkil edib.
"Azeri Light" markalı neftin qiyməti 3,51 dollar azalaraq 58,81 dollar olub.
Qeyd edək ki, neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb.