CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdəli qadın dünya rekorduna imza atmaq fikrindədir

Doxsan doqquz yaşlı qadın ictimaiyyətin qabağına çıxıb sualları cavablayacaq
Sputnik

BAKI, 8 avqust — Sputnik. Azərbaycan vətəndaşı olan 99 yaşılı qadın ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün Bərdə "ASAN xidmət" mərkəzinə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev məlumat verib.

E.Niftəliyev qeyd edib ki, hazır sənəd 9 avqust saat 09:45-də vətəndaşa təqim olunacaq:

"Yaranan bütün sualları da 99 yaşlı vətəndaşımız özü şəxsən cavablandıracaq. Mərasim Bərdə "ASAN xidmət" mərkəzinin yaxınlığında, 99 yaşlı vətəndaşımızın mənzilində olacaq".

Qeyd edək ki, tədbir sabaha nəzərdə tutulduğundan 99 yaşlı vətəndaşın kimliyi hələlik açıqlanmır.