CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələ olub

Lerikdə ikinci dəfə zəlzələ olub
Sputnik

BAKI, 8 avqust — Sputnik. Bu gün səhər saatlarında Lerikdə ikinci dəfə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 06:43-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3 bal olan zəlzələnin episentri yerin 12 kilometr dərinliyində olub.