BAKI, 8 avqust — Sputnik. Koy-Taş kəndində Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tərəfdarları ilə milis arasında toqquşma baş verib.
Məlumatı Sputnik Qırğızıstan-ın hadisə yerində olan müxbiri çatdırıb.
Hüquq mühafizə orqanlarının təxminən 200 əməkdaşının hadisə yerinə gəldiyi bildirilir. Atambayevin tərəfdarlarının sayı 400-ə çatır. Məlumata görə onlar milis əməkdaşlarına Molotov kokteylləri və daşlar atıblar. Milis isə Atambayevin tərəfdarlarına qarşı işıq-səs qumbaraları tətbiq edib.
Atambayevin tərəfdarlarının geri çəkildiyi bildirilir.