Dünən axşam saatlarında Qırğızıstanın xüsusi təyinatlıları korrupsiyada ittiham olunan sabiq prezident Almazbek Atambayevi saxlamaq üçün onun Koy-Taş kəndində yerləşən iqamətgahında əməliyyat keçiriblər.
Əməliyyat zamanı xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaranıb. Nəticədə bir xüsusi təyinatlı həlak olub, 52 nəfər xəsarət alıb. Altı xüsusi təyinatlı isə girov götürülüb.
Atambayevin tərəfdarlarının əməliyyat zamanı cavab atəşi açdığı bildirilir. Sabiq prezident isə bu iddialara cavabında bildirib ki, atəşi onu tərəfdarları yox, özü açıb. Hadisə yerində çəkilmiş fotoşəkillərdə isə Atambayevin tərəfdarlarının əlində silah olduğunu görmək olar. Sputnik Azərbaycan sözügedən fotoşəkilləri təqdim edir: