Bir neçə ölkədə Instagram işləmir

İstifadəçilərin əksəriyyəti (73%) xəbər lentindəki problemlərdən şikayətçidir
Sputnik

BAKI, 7 avqust — Sputnik. Bir neçə ölkədə Instagram-ın fəaliyyətində problemlər yaranıb.

Instagram və WhatsApp adını dəyişir

Sputnik Azərbaycan Downdetector-a istinadən bildirir ki, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrdən olan istifadəçilər proqram əlavəsində çətinliklərlə üzləşdliklərini bildiriblər.

Onların əksəriyyəti (73%) xəbər lentindəki problemlərdən şikayətçidir, istifadəçilərin 20% sosial şəbəkədəki hadisələri izləyə bilmədiklərini, daha 5%-i isə ümumiyyətlə Instagram-a daxil ola bilmədiklərini açıqlayıb.