CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN xidmət" və "ASAN Kommunal"da iş dayanacaq

ASAN xidmət" və "ASAN Kommunal"da iki gün iş olmayacaq
Sputnik

BAKI, 7 avqust — Sputnik. Avqustun 12-si və 13-də Qurban bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Daha bir qurum Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Avqustun 14-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.