Zelenski Ərdoğanla görüş öncəsi Putinə zəng etdi

Ukrayna prezidenti ilk dəfə Türkiyəyə rəsmi səfərə gedib.
Sputnik

BAKI, 7 avqust — Sputnik. Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski "Normand formatı" çərçivəsində mümkün görüş barədə razılığa gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Petisiya açıldı – Zelenski Rusiyaya təyyarə göndərməlidir

Rəsmi Kiyev vurğulayıb ki, tərəflər Normand formatı (Fransa, Almaniya, Rusiya və Ukrayna) ölkələrinin liderlərinin mümkün görüşü barədə razılığa gəliblər.

Bu arada Ukrayna prezidenti ilk dəfə Türkiyəyə rəsmi səfərə gedib.

Qeyd edək ki, səfər Türkiyə prezidentinin dəvəti əsasında gerçəkləşir.

Məlumata əsasən, Zelenski Ankarada ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə Konstantinopol Patriarxı I Varfolomeylə görüşəcək.

Səfər zamanı Zelenskinin, həmçinin Ukrayna və Krım-tatar icmasının nümayəndələri ilə də görüşü planlaşdırılıb.

Bundan əlavə, Zelenskinin Türkiyə - Ukrayna Biznes Forumuna da qatılacağı gözlənilir.